“Türkiyə ilə viza ləğv olunsun”

turkiye-ile-viza-legv-olunsun
Oxunma sayı: 2431

Türkiyə ilə viza sisteminin müddəti uzadılmalıdır, ya da ləğv olunmalıdır.

Qafqazinfo” xəbər verir ki, bunu millət vəkili Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında səsləndirib. Onun sözlərinə görə, son hadisələr də göstərdi ki, Türkiyə siyasi, hərbi bütün sferalarda Azərbaycanın yanında oldu, öz dəstəyini verdi: “Biz bir millət iki dövlətik. Ya bu viza sistemi ləğv olunmalı, ya da müddəti uzadılmalıdır. Məsələn, Naxçıvan blokada şəraitindədir. Oradan Türkiyəyə gedib işləyəmək istəyənlər çətinlik çəkirlər. Gedib üç aydan sonra qayıtmalı olurlar. Bu da o deməkdir ki, onların qazandıqları pul yol puluna gedir. Heç olmasa , vizanın müddəti bir illik müddətə uzadılmalıdır.

Eyni zamanda Türkiyədən Azərbaycana bizneslə məşğul olmağa gələnlər var. Bunların işini yüngüllləşdirmək lazımdır. İndi əsl zamanıdır ki, viza sistemini ləğv edək və bizi əhatə edən qonşularımız da bunun şahidi olsun”.

Spiker Oqtay Əsədov isə qeyd edib ki, bu məsələ üzərində iş gedir.

Günel Türksoy