“Türkiyə ilə Rusiya arasındakı gərginlikdən narahatıq” - İlham Əliyev

turkiye-ile-rusiya-arasindaki-gerginlikden-narahatiq-
Oxunma sayı: 5082

“Azərbaycan Türkiyə ilə Rusiya arasında münasibətlərdə yaranmış gərginlikdən narahatlıq hissi keçirir”.

“Qafqazinfo” xəbər verir ki, bunu prezident İlham Əliyev Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib. İ. Əliyev deyib ki, Azərbaycan hər iki ölkə ilə tarixən sıx əlaqələrə malikdir və Azərbaycan tərəfi Türkiyə-Rusiya münasibətlərindəki gərginliyin azaldılması və aradan qaldırılması istiqamətində səylərini göstərməyə hazırdır.