Türkiyə Güləni niyə istəyir? - Amerikadan təzadlı açıqlama

turkiye-guleni-niye-isteyir
Oxunma sayı: 4207

“Türkiyə ABŞ-dan Fətullah Gülənin ekstradisiyasını rəsmi olaraq tələb edib, lakin Türkiyənin bizə göndərdiyi sənədlərdə qiyam təşəbbüsü ilə bağlı iddia yoxdur”.

Qafqazinfo” türk mətbuatına istinadən xəbər verir ki, bu barədə ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Mark Toner keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, ABŞ Fətullah Gülənin Türkiyəyə təhvil verilməsi ilə bağlı bütün sənəd və materialları dəyərləndirəcək: “Sözügedən tələb 15 iyulda baş vermiş hərbi çevriliş cəhdi ilə əlaqədar deyil. Qiyam cəhdi istisna olmaqla “digər səbəblərə görə” Gülənin ekstradisiyasını istəyirlər”.

Qeyd edək ki, daha öncə Türkiyə hökumət nümayəndələri Gülənin ABŞ-dan ekstradisiyasını məhz hərbi çevriliş cəhdi ilə bağlı tələb edildiyini bildirmişdilər.