Türkiyə-Azərbaycan strateji müttəfiqliyi...

turkiye-azerbaycan-strateji-muttefiqliyi
Oxunma sayı: 726

Bu xü­sus­da Türkiyə və Azər­bay­can arasındakı əlaqələr isə dün­yada analoqu ol­ma­­­yan müt­­təfiqlik sə­viy­yəsinə yük­sə­lərək dostluq və qardaşlıq məhfumuna da­­ha çox cavab verir.

Münasibətlərin hazırkı inkişaf mərhələsinə yüksəlməsi ilk növbədə tarixi təmələ söykənir. Hələ 1918-ci ilin 28 mayında müsəlman Şərqində ilk demok­ratik dövlət kimi yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin daxili-xarici həm­lə­lərdən müdafəsində və möhkəmlən­məsin­də o zamankı Osmanlı Türkiyəsi yaxından iştirak etmişdir. Tarixdən məlumdur ki, 1918-ci ilin mayında Azərbaycanın müstəqilliyinin elan olunmasına baxma­yaraq, respublika ərazisinin müəyyən hissəsi, o cümlədən Bakı və ətraf rayonlar erməni-bolşevik birləşmələrinin nəza­rəti altında idi. Birinci Dünya müha­ri­bəsindən, habelə Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çev­rilişlə­rindən istifadə edən ermə­nilər mənfur iddialarını bol­şevik bayrağı altın­da real­laşdır­mağa nail ol­muş, Azərbay­canın bəzi bölgələrini, o cümlədən Ba­kını işğal etmişdilər. Bu isə ye­ni yaranmış Cümhuriyyətin tam müstəqilliyinə imkan vermir, onun fəaliyyətini məh­dudlaşdırırdı. Müstəqilliyə yeni qovuşmuş, beynəl­xalq aləm­də hələ tanınmayan gənc dövlətin isə özünün ərazi bütövlüyünü təmin etmək və daxildəki erməni-bol­şe­vik birləşmələrini zərərsizləşdirmək im­kan­ları hələ yetə­rin­cə deyildi.

Azərbaycan ərazilərinin daşnak-bolşevik birləşmələrindən təmiz­lənməsi pro­sesində Osmanlı dövlətinin iştirakı isə 1918-ci il iyunun 4-də imzalanmış hər­bi müqavilə nəticəsində mümkün olmuş, qardaş ölkə çətin tarixi şəraitdə Azər­bay­cana kömək göstərmişdir. Həmin müqavilənin Azərbaycan üçün ən əhə­miy­yəti olan dördüncü maddədə göstərilirdi ki, Os­manlı hökuməti, əgər zəruri olarsa, sülh və əmin-amanlığın möhkəmlən­diril­məsi, ölkənin təhlükəsizliyinin təmin edil­­məsi məq­­sə­dilə Azər­bay­can Cümhu­riyyətinə hərbi kömək göstərməyi öz üzərinə götü­r­müşdü.

Vəziyyətin gərginləşdiyini görən Osmanlı hökuməti özünün ağır du­rumuna bax­mayaraq, Azərbaycanın ərazi bütövlü­yünü təmin etmək məqsədilə Nuru paşanın komandanlığı ilə hərbi qüvvələrini Azər­baycana göndərdi. Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azər­baycan Kor­­­­pusu Gəncədə, Yevlaxda, Göy­çayda, Kürdə­mirdə və digər bölgələrdəki ağır döyüşlərdə eser-menşevik və daşnak qoşunlarını dar­ma­dağın edə­rək sentyabrın 15-də Bakıya daxil oldu. Bakının «Sentrokaspi diktaturası»ndan – menşevik-eser və daşnak qoşun­la­rın­dan azad olunduğu 15 sentyabr tarixini bu mənada xüsusi xatırlatmaq lazımdır. Həmin dövrdə baş verən tarixi hadisələrə qısa ekskursiya edək.

Avqustun 25-dən sentyabrın 13-nə qədər davam edən döyüşlərdə Qafqaz İslam Ordusu böyük uğurlar qazanaraq Bakıya yaxınlaşdı. Sentyabrın 14-də Qafqaz İslam Ordusunun komandanı Nuru paşa Bakı şəhərinə hücumu başa çatdırmaq üçün 100 saylı əmri imzaladı. Bakı üzərinə hücumu uğurla başa çatdırmaq üçün Qafqaz İslam Ordusunun əsgər və zabitlərinin sayı 14 minə çatdırıldı. Bunların 8 mini osmanlı, 6 mini isə azərbaycanlı əsgər və zabit idi. Sentyabrın 15-də döyüşlər səhər başladı. Bütün qüvvələrin əsas vəzifəsi kimi Bakının ələ keçirilməsi müəyyənləşdirildi. Səhər saatlarında bütün istiqamətlərdə başlanan hücum öz uğurlu nəticəsini verdi. Qaraşəhər, Ermənikənd və Əhmədli istiqamətində düşmənin hücumu qətiyyətlə dəf edildi. Qafqaz İslam Ordusunun qarşısının alınmasının qeyri-mümkünlüyünü görən "Sentrokaspi" rəhbərliyi danışıqlara başlamağı qərara aldı. "Sentrokaspi" ordusunun qərb cəbhəsinin komandanı üzərində ağ bayraq asılan avtomobillə 5-ci diviziyanın qərargahına yaxınlaşdı. Beşinci diviziyanın qərargahına danışıqlara gələn "Sentrokaspi" rəhbərliyinə aşağıdakı şərtlər diktə edildi: şəhərin qeyd-şərtsiz təslim edilməsi; şəhərdəki düşmən qüvvələrin təslim edilməsi; top və silahların, binaların və digər obyektlərin təslim edilməsi; Nargin adasında olan türk, alman və Avstriya əsirlərinin azad edilməsi; silah anbarlarının, ərzağın, avtomobillərin, yük maşınlarının, zirehli avtomobillərin, təyyarələrin və digər hərbi mülkiyyətin təslim edilməsi. Bu şərtlərin qəbul edilməsi ilə yanaşı əhalini sakitliyə çağıran, onların həyatları və mülklərinin təhlükəsizliyi üçün xüsusi bəyanat hazırlanaraq "Sentrokaspi" nümayəndə heyətinə verildi. Ümumiyyətlə, Qafqaz İslam Ordusu iyunun ortalarından sentyabrın 15-nə kimi Azərbaycanın azadlığı uğrunda döyüşlərdə 4 mindən çox əsgər və zabit şəhid vermişdi. Bu döyüşlərdə Azərbaycan könüllü dəstələrinin də itkiləri çox idi. Beləliklə, sentyabrın 15-i Bakı şəhəri bütünlüklə Qafqaz İslam Ordusunun nəzarəti altına keçdi. Nuru paşa Bakının ələ keçirilməsilə bağlı hərbi nazir Ənvər paşaya, Gəncədəki Azərbaycan hökumətinə təbrik teleqramı göndərdi. Nuru paşa Azərbaycan hökumətindən xahiş edirdi ki, Bakıda asayişin təmin edilməsi üçün Gəncədən polis qüvvələrinin göndərilməsini tezləşdirsin. Bakı şəhərinin azad edilməsi həm Azərbaycan ictimaiyyətinin, həm də Osmanlı dövlət rəhbərlərinin, xüsusilə Ənvər paşanın çox böyük sevincinə səbəb oldu. O, Şərq ordular qrupu komandanı Xəlil paşaya göndərdiyi teleqramda deyirdi: "Bakı başarısından dolayı gözlərindən öpərək təbrik edirəm". Ənvər paşa Nuru paşaya göndərdiyi teleqramda yazırdı: "Böyük Turan imperatorluğunun Xəzər kənarındakı zəngin bir qonaq yeri olan Bakı şəhərinin azad edilməsi xəbərini böyük bir sevinc və mutluluqla qarşıladım. Türk və islam tarixi sizin bu xidmətinizi unutmayacaqdır. Qazilərimizin gözündən öpür, şəhidlərimizə fatihələr ithiaf edirəm". Azərbaycan hökumətinin başçısı Fətəli xan Xoyski Bakının azad edilməsi münasibətilə Nuru paşaya yazırdı: "Cəsur türk əsgərlərinin Azərbaycanın başkəndi olan Bakının düşməndən təmizlənməsi münasibətilə millətimin adından dünyanın ən cəsur və soylu əsgəri olan türkün oğullarına minnətdar olduğumuzu ərz etməklə iftixar edirəm. Millət sizə minnətdardır".

Bakıya daxil olan türk ordusunun komandanları Nuru paşa, Xəlil paşa, Mürsəl paşa və başqaları Hacı Zeynalabdin Tağıyevin dəvətini qəbul edərək onun evində qaldı. Qoşunların Bakıya gəlib bu şəhəri azad edəcəyi təqdirdə ikimərtəbəli böyük malikanəsini (indiki Azərbaycan Tarix Muzeyi) türk qoşunları komandanlığına bəxşiş edəcəyini vəd edən Tağıyev sözünə sahib çıxdı. O öz mülkünü türk qoşunlarının komandanlığının istifadəsinə verdi. Bakının azad edilməsindən bir neçə gün sonra Qafqaz İslam Ordusu Qarabağ bölgəsində erməni-daşnak qüvvələrinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi qırğınların qarşısını almaq üçün ora köməyə yollandı. Qafqaz İslam Ordusunun bir hissəsi isə Dağıstan istiqamətində xilaskarlıq yürüşünü davam etdirməyə başladı... 1919-cu ilin sentyabrında indiki Şəhidlər xiyabanında türk şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi üçün möhtəşəm bir abidənin özülü qoyuldu. Təəssüf ki, 1920-ci ilin bolşevik çevrilişi bütün şəhidlərə ümumxalq məhəbbətinin və minnətdarlığının simvoluna çevrilməli olan bu abidənin tikintisinin başa çatmasına imkan vermədi. Yalnız ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra Qafqaz İslam Ordusunun xilaskarlıq yürüşləri ilə bağlı mətbuatda yazılar görünməyə başladı. Qafqaz İslam Ordusunun tarixi xidmətləri nəzərə alınaraq 1999-cu ildə onun şərəfinə Şəhidlər xiyabanında möhtəşəm bir abidə ucaldıldı.

Bu möhtəşəm tarixi qələbədən sonra Azərbaycan Xalq Cümhuriyyəti höku­mətinin paytaxtı sentyabrın 17-də Gəncədən Bakıya köçü­rülmüş, Azər­baycanda dövlət qurucu­luğuna start verilmiş, bir neçə ay sonra isə parlamentə demokratik qaydada seçkilər keçirilmişdir.

Bütün bunlar təsdiqləyir ki, hələ 1918-ci ildə məhz Türkiyənin dəstəyi, bilavasitə iştirakı ilə Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü təmin olunmuş, bolşeviklərin, daşnakların Bakı və ətraf rayonlarda ağalığına son qoyulmuşdur. 70 illik sovet hakimiyyəti illərində bu hadisə yanlış kontekstdə izah olunsa da, Azər­baycan xalqı türk əsgərinin qəhrəmanlığını heç vaxt unutmamış, onu qəlbində yaşat­mışdır. Bakının erməni-bolşevik işğalından azad edilməsi XX əsr Azərbay­can tarixinin ən şərəfli səhifələrindən biri kimi daim ehtiramla xatırlanır.

Azər­­bay­can ötən əsrin sonlarında dövlət müstəqilliyini əldə etdikdən sonra Türkiyə ilə münasibətlərin inkişafı üçün geniş siyasi və hüquqi imkanlar yaran­mışdır. Xüsusi vurğulamaq lazımdır ki, Türkiyə 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyini ilk tanıyan dövlət olmuş, bu qətiyyətli addım ikitərəfli müna­sibətlərin inkişafında mühüm psixoloji-siyasi amilə çevrilmişdir. "Biz bir millət iki dövlətik" devizindən çıxış edən ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqın istəyi ilə hakimiyyətə qayıtdıqdan sonra Türkiyə Cümhuriyyəti ilə münasibətlərin inkişafına xüsusi diqqət və qayğı ilə yanaşmışdır. Ümummilli lider 90-cı illərin ortalarında Azərbaycan neftinin Qərbə nəqli ilə bağlı strateji əhəmiyyətli neft boru kəmərlərinin məhz Türkiyə ərazisindən keçməsini hərtərəfli əsaslandırmış, qardaş ölkə ilə strateji tərəfdaşlıq münasibətlərini möhkəmləndirən ciddi addımlar atmışdır. Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin 2006-cı ilin iyulunda istifadəyə verilməsi Azərbaycan və Türkiyənin sosial-iqtisadi inkişafında, regional təhlükəsizliyin möhkəmlənməsində, qarşılıqlı əlaqələrin güclənməsində, eləcə də ölkələrimizin dünya birliyinə hərtərəfli inteqrasiyasında yeni səhifə açmışdır.

Azərbaycanla Türkiyə arasında mədəni-humanitar və elmi-texniki əlaqələr də yüksələn xətlə inkişaf edir. Elm və təhsil sahəsində əməkdaşlıq, tələbə müba­dilələri, incəsənət xadimlərinin qarşılıqlı səfərləri, birgə mədəni tədbirlər ardıcıl olaraq həyata keçirilir. Mədəniyyət sahəsində əməkdaşlıq həm də TÜRKSOY çərçivəsində inkişaf etdirilir. Hazırda qardaş ölkədə təhsil alan azərbaycanlı tələ­bələrin sayı 3000 nəfərə çatır. Azərbaycanlı kursantlar Türkiyənin yüksək səviy­yəli ali hərbi akademiyalarında NATO standartlarına uyğun kadr kimi formalaş­maq imkanı əldə edirlər. Müstəqil dövlət quruculuğu yolunda Azərbaycana siyasi və iqtisadi yardım göstərən Türkiyə Cümhuriyyəti müstəqil dövlətçiliyin əsas atri­but­­larından olan ordu quruculuğu sahəsində də öz potensialından bəhrələn­məyə imkan yaratmışdır. İki strateji müttəfiq arasında hərbi əməkdaşlıq ildən-ilə genişlənərək Azərbaycan ordusu üçün zabit kadrların hazırlanmasında, hərbi təlimlərin keçiril­məsində, maddi-texniki bazanın möhkəmlən­dirilməsində, bir sözlə, ordumuzun NATO standartları səviyyəsində qurulmasında mühüm rol oy­na­mışdır.

Son illərin geosiyasi reallıqları göstərir ki, Türkiyə Avropada, Yaxın Şərq­də və dünyanın digər regionlarında əsasən qərbyönlü, NATO ölkələri ilə uzlaş­dırılmış siyasət yeritməsinə rəğmən, bir sıra milli məsələlərdə öz maraqları çərçi­vəsində çıxış edir. Qardaş ölkə ilə Yunanıstan arasında Kiprlə bağlı problemin olması, Türki­yənin islam aləminə mənsubluğu, əhali resurslarının genişliyi, sürətli de­moq­rafik artım və digər məsələlər bəzi Avropa dövlətlərinin qısqanc müna­sibəti ilə qarşılanır. Fələstin problemi, habelə Qəzza bölgəsinə humanitar yardım aparan "Azadlıq" donanmasına məlum silahlı hücumla bağlı Türkiyə-İsrail müna­sibət­lərinin gərginləşməsini də buraya əlavə etmək olar.

Türkiyənin Yaxın və Orta Şərq dövlətləri, müsəlman dünyası, Cənubi Qaf­qaz və digər region dövlətləri ilə münasibətlərində həm Qərbin, NATO-nun və beynəlxalq hüquq normalarının tələbləri, həm də dini, etnik və regional faktorlar nəzərə alınır. Və bu da bəzən rəsmi Ankaranı Qərbdəki müttəfiqləri ilə üz-üzə qoyur. Türkiyənin Avropa Birliyinə gedən yolunda müxtəlif süni maneə­lərin ortaya atılması da məhz Türkiyənin regionda artan roluna və potensialına Avro­padakı ehtiyatlı münasibətin təzahürüdür. Bütün bu reallıqlar fonunda rəsmi An­kara regionda güvənməli həqiqi müttəfiqinin məhz Azərbaycan olduğunun da yaxşı fərqindədir.

Strateji müttəfiq ölkələr müxtəlif beynəlxalq təşkilatlarda bir-birinin möv­qeyini dəstəkləyir, ortaq maraqlardan çıxış edirlər. Türkiyə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyini müdafiə edir, rəsmi Bakı öz növbəsində uydurma «erməni soyqırımı»nın ifşa olunmasında rəsmi Ankara ilə birgə addımlar atır. Xatırlatmaq lazımdır ki, 2009-cu ilin fevralından rəsmi Anka­ranın Ermənistanla sərhədləri açacağı ilə bağlı yayılan məlumatların istər Türki­yədə, istərsə də Azərbaycanda müxtəlif səviyyələrdə narazılıqla qarşılanması, ciddi müzakirəyə çevrilməsi iki dost, qardaş ölkə arasındakı münasibətlərin əlahiddə xarakterindən irəli gəlirdi. Lakin siyasətdə nə qədər çətin, mürəkkəb situasiyalar olsa belə, müəyyən mənəvi-əxlaqi dəyərlər, milli maraqlar sonda sözünü deyir. Zəngin dövlətçilik təcrübəsinə, iqtisadi, siyasi və hərbi potensiala malik Türkiyə də yayılan əsassız məlumatlara rəğmən, sonda milli maraqlarını müdafiə etmək, müstəqil siyasət yetirmək niyyətində olduğunu sübuta yetirdi. Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan, o cümlədən Prezident Abdullah Gül bu məlumat­ların reallıqdan uzaq olduğunu bəyan etdilər.

Hələ 2010-cu ilin aprelində bədnam erməni lobbisinin təsiri altında Ame­rika Konqresində qondarma «erməni soyqırımı» məsələsinin ciddiliklə gündə­mə gəl­məsi rəsmi Ankaranı xarici siyasətdə ümumtürk birliyi xəttini gücləndirməyə sövq edir. Türkiyə hökuməti terrorçu PKK təşkilatına qarşı mübarizədə müttəfiq saydığı Qərb dövlətlərindən gözlədiyi siyasi və mənəvi dəstəyi məhz Şərqdə - tarixi tellərlə bağlı olduğu türkdilli dövlətlərdən ala biləcəyini yaxşı başa düşür. Rəsmi Bakı bununla yanaşı, həm də qondarma "erməni soyqırımı"nın ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində tanınması, habelə İsrail hərbi dəniz qüvvələrinin "Azadlıq" donanmasına hücumu məsə­lələrində Türkiyənin haqlı mövqeyini müdafiə etmişdir.

Türkiyənin adekvat addımlarını da xüsusi vurğulamaq lazımdır. Qarsda «ermə­ni-turk dostluğu»na ucaldılmış abidənin uçurulması, Ermənistanla imzalan­mış Sürix protokollarının bir müddət əvvəl rəsmən ləğv edilməsi bunun əyani gös­təricisidir.

Türkiyənin Baş naziri Rəcəb Tayyip Ərdoğanın bir müddət əvvəl Azərbaycana gerçək­ləşmiş növbəti rəsmi səfəri də müəy­yən mə­nada ümumtürk birliyinə qarşı yönəl­miş təhdidlərə, qısqanc yanaşma­lara layiqli ca­vab reaksiyası kimi qəbul oluna bilər. Səfərin gedişində bir daha təsdiq­ləndi ki, ölkələrimiz arasında əlaqələr tarixi-si­yasi zəmin üzərində inkişaf etməklə, bütöv­lük­də regionun siyasi taleyinin və gə­ləcək inkişaf perspektivlərinin müəy­yən­­ləş­mə­sində mühüm rol oynayır. Birmə­nalı demək olar ki, bu gün bölgədə Türkiyə və Azərbay­ca­nın işti­rakı olmadan hər hansı layi­həni gerçəkləşdirmək müm­kün de­yildir. Cənubi Qafqaz kimi mürək­kəb geo­siyasi məkanda təhlükə­sizlik prob­­lem­ləri­nin birgə həlli, sülh, sabitlik və iqtisadi in­ki­şafın təmin olunması zəru­rəti iki türk­dilli dövləti daha da sıx birləş­məyə sövq edir. Azər­baycanın region­­dakı rolunun art­ması, eyni zamanda Tür­kiyənin dünya iqti­sadiy­yatında mü­hüm mövqe­lərə çıx­ması iki dövlət arasında iqtisadi əlaqələrin daha da genişlən­diril­məsini zə­ruri edir.

Ötən il Azərbaycanla Türkiyənin yaratdıqları Yüksək Səviyyəli St­ra­­teji Əməkdaşlıq Şurasına əsasən bir daha vurğulamaq olar ki, ölkələrimiz arasında mü­na­­­sibətlərin keyfiyyətcə yeni mərhələsi başlanır və bu mərhələdə həyata keçiri­lə­cək tədbirlərin nədən ibarət olacağı ilə bağlı fundamental prinsiplər məlumdur. İndi əsas məsələ münasibətlərin mövcud potensialının tam açılması istiqamətində da­­ha qətiyyətli tədbirlər həyata keçirməkdir, əslində, hər iki dövlətin rəhbərliyi də bunun üçün lazımi siyasi iradə nümayiş etdirmək əz­mindədir. Ən nəhayət, Tür­kiyə-Azər­bay­can strateji tərəfdaşlıq əlaqələrinin daha da dərinləşdirilməsi isti­qamətində atılan ad­dımlar bütövlükdə türkdilli xalqların daha sıx konso­li­dasiyası üçün geniş imkan­lar açır.

Baba TAĞIYEV

«İrəli Azərbaycan» İctimai Birliyinin Sədri