TÜRK PA-dan referenduma - Reaksiya

turk-pa-dan-referenduma
Oxunma sayı: 869

TÜRK PA-nın müşahidə missiyası Azərbaycanda Konstitusiyaya dəyişikliklərlə bağlı keçirilmiş referendumun ilkin nəticələrinə münasibt bildirib.

"Qafqazinfo" xəbər verir ki, müşahidə missiyasının üzvü Jandov Asanov bildirib ki, missiya ilk dəfə olaraq referendum seçkilərini müşahidə edib. Paytaxtın Yasamal və Nizami rayonlarındakı seçki məntəqələrində olub. Qrupun digər üzvü Haluk İpək isə qeyd edib ki, seçki uğurla keçirilib: “Bu Azərbaycan xalqının iradəsidir. Seçkidə bəzi texniki pozuntular aşkar olunub, amma bu, ümumi nəticəyə təsir etmir. Seçki beynəlxalq standartlara uyğun keçirilib. Seçicilər azad şəkildə öz iradələrini ifadə etdilər. Azərbaycan xalqı üçün uğurlu olmasını diləyirik".