Trampdan daha bir qərar - ABŞ-a səyahət etmək çətinləşir

trampdan-daha-bir-qerar
Oxunma sayı: 1913

Amerikaya viza almaq daha da çətinləşir.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın Xarici işlər naziri Reks Tillerson ölkənin bütün dünyadakı səfirliklərinə viza üçün müraciət edənlərlə bağlı daha da diqqətli olmaları barədə təlimat verib. Belə ki, viza üçün müraciət edən şəxslərdən son 15 ildəki səyahət keçmişi, yaşadığı və işlədiyi yerlər, son 5 ildə işlətdiyi elektron və sosial şəbəkə ünvanları soruşulacaq.

Bundan başqa, İran, Suriya, Liviya, Yəmən, Somali və Sudan kimi ölkələrdə olan şəxslərdən İŞİD-in idarə etdiyi ərazilərdə olub-olmadıqlarına dair sorğu aparılacaq.

Qeyd olunur ki, R. Tillerson “Hər hansı bir narahatlıq və şübhə olduğu təqdirdə müraciəti ləğv etməkdən çəkinməyin” deyə tapşırığında bildirib.

Günel Hacı