Tramp administrasiyası Qarabağ danışıqlarını davam etdirəcək

tramp-administrasiyasi-qarabag-danisiqlarini-davam-etdirecek
Oxunma sayı: 651

ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə Vyana və Sankt-Peterburq sammitlərində əldə olunmuş razılıqların reallaşdırmasını dəstəkləyir.

QafqazinfoVirtualaz.org-a istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi müavininin Avropa və Avrasiya məsələləri üzrə köməkçi Bridjit Brink Ermənistan prezidenti ilə çərşənbə günü keçirdiyi görüşdə deyib.

“Bridjit Brink əmin etdi ki, ABŞ-ın yeni administrasiyası Cənubi Qafqaz regionunda vəziyyətin inkişafına və Qarabağ münaqişəsinin həlli məqsədilə etibar bağlarının möhkəmləndirilməsi üzrə son razılıqların reallaşdırmasına maraq göstərməkdə sadiq qalmağa davam edəcək”, - deyə Ermənistan prezidenti mətbuat xidmətinin yaydığı məlumatda vurğulanıb.