“Tolerantlıq o deyil ki, radikallar istədiklərini etsinlər”

tolerantliq-o-deyil-ki-radikallar-istediklerini-etsinler
Oxunma sayı: 1811

“İRƏLİ” İctimai Birliyinin sədri Mirhəsən Seyidov Nardaranda baş verən hadisələrlə bağlı münasibətini bildirib.

“Qafqazinfo” Mirhəsən Seyidovun məsələ ilə bağlı mövqeyini olduğu kimi təqdim edir:

“Respublikada törədilən bu hadisələr ictimai-siyasi sabitliyi pozmaq, təxribat yaratmaq, kütləvi iğtişaşlara səbəb olmaqdan başqa bir şey deyil . Azərbaycanla bağlı xəbərlər bütün dünya mətbuatına çatdırılır. Bu informasiya mübadiləsi bizim üçün həm yaxşı həm də pisdir. Ölkə daxilində baş verən mənfi hadisələr xarici KİV-lərin maraq dairəsindədir. Həmçinin daxili stabilliyi daim daxili KİV-lər nəzarətdə saxlayır. Bu stabilliyin pozulması birmənalı şəkildə qarşılanarmı? Deməzdim. Ölkədaxili gərginliyin aradan qaldırılması yolunda görülən işlərin bir qismi də biz gənclərin, həm də KİV-in üzərinə düşür. Azərbaycanın hər bir bölgəsində qanunlara əməl olunmalıdır. Hər hansısa bir kənddə, şəhərdə, qəsəbədə əlavə bayraq icad etmək, ayrı bir dövlət, hakimiyyət yaratmaq düzgün deyil. Biz gənclər insanlığa xidmət edən islami dəyərlərlə tanışıq, islami dəyərlər adı altında ictimaiyyətə belə zərbə endirməklə tanış deyilik. Gənclər olaraq buna qarşı mübarizə aparmalıyıq. Nardaranın timsalında ölkə daxilindəki bütün radikal ektremizmə, oxşar özbaşınalıq hallarına qarşı ciddi şəkildə tədbir görülməli və bunun qarşısı alınmalıdır. Azərbaycan tolerant ölkədir, lakin tolerantlıq o demək deyil ki, radikal cərəyanlar istədikləri kimi hərəkət edə bilərlər. Vətənindəki polisə, zabitə silah qaldıran, hakimiyyətə qarşı çıxan bu qüvvələrin sabah vətəni satmayacağı nə məlumdur? Bu səbəbdən ölkənin daxili güvəncəsi ilə bağlı radikal dini ekstremizmə qoşulan hər bir kəsə uyğun şəkildə cavab verilməlidir. Nardarandakı gənclərə demək istərdim ki, bu təbliğat oyunlarına, təbliğatçıların fikirlərinə uymasınlar.Biz gənclər öz müstəqilliyimizi qoruyub saxlamalıyıq, kimlərinsə azadlığımıza zərər gətirməsinə icazə verməməliyik. Əksinə bir yumruq kimi birləşməliyik, öz torpaqlarımız uğrunda mübarizə aparmalıyıq, belə seperatçılığa yol verməməliyik”.