Tətil bu gün başa çatdı...

tetil-bu-gun-basa-catdi
Oxunma sayı: 842

Milli Məclisin deputatlarının tətil müddəti bu gün başa çatıb. “Qafqazinfo” xəbər verir ki, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanununa əsasən, deputatlara məzuniyyətdə olduqları zaman müalicə olunmaları və istirahət etmələri üçün iki aylıq vəzifə maaşı məbləğində müavinət ödənilib.

Milli Məclisin sədri 4 500, komitə sədrləri 3 600 manat, MM sədrinin müavini 3 825 manat, sədrin birinci müavini 4 050 manat, sıravi deputatlar isə 3 150 manat müavinət alırlar.

Xatırladaq ki, qanunverici orqanın üzvləri iyulun 15-də tətilə çıxmışdılar.