“Tanklara qarşı bədənlərini sipər edərək...” - Türkiyəli səfir

tanklara-qarsi-bedenlerini-siper-ederek
Oxunma sayı: 1030

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral 20 Yanvar faciəsi ilə bağlı bəyanat yayıb.

"Qafqazinfo"ya daxil olan bəyanatda qeyd olunur:

"Azərbaycanın müstəqilliyi uğrunda mübarizənin önəmli dönüş nöqtələrindən biri olan 20 Yanvar qətliamı və azərbaycanlı qardaşlarımızın tanklara qarşı bədənlərini sipər edərək inamla apardığı mübarizə əsla unudulmayacaq.

Bu gün bölgəmizdə sabitlik və rifahın önəmli bir qalası olan Can Azərbaycanın istiqlalı uğrunda 27 il əvvəl həyatlarını qurban verən şəhidlərimizi rəhmətlə anır, hər zaman olduğu kimi Azərbaycanla tam həmrəy olduğumuzu vurğulamaq istəyirik".