Tanınmış vəkil deputatlığa namizəd oldu

taninmis-vekil-deputatliga-namized-oldu
Oxunma sayı: 3234

Parlament seçkilərinə qalan vaxt azaldıqca, seçki dairələrində qeydiyyata alınan namizədlərin də sayı artır.

"Qafqazinfo" modern.az-a istinadən xəbər verir ki, tanınmış vəkil Adəm Məmmədov da deputatlığa namizədlər sırasına qoşulub. O, 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsində mandat uğrunda mübarizə aparacaq.

A.Məmmədov Vəkillər Kollegiyasının üzvüdür. O, 120 saylı dairədən mandat almaq üçün YAP-ın hazırki deputatı Astan Şahverdiyev, müsavatçı Razim Əmiraslanov və daha 7 nəfərlə yarışacaq.