Tanınmış iş adamının namizədliyi qeydə alınmadı

taninmis-is-adaminin-namizedliyi-qeyde-alinmadi
Oxunma sayı: 3753

71 saylı saylı Masallı kənd seçki dairəsindən deputatlığa namizədliyini irəli sürən tanınmış iş adamı, şair Gülağa Tənha qeydə alınmayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə modern.az-a dairədən məlumat verilib. Dairənin qərarından 3 gün müddətində şikayət vermək hüququ olan deputatlığa iddialı G.Tənha heç bir şikayət verməyib.

Bununla da o, DSK-nın qərarı ilə razılaşdığını bildirib və seçki marafonundan geri çəkilib.

Qeyd edək ki, Milli Məclisin deputatı Elmira Axundova bu dairədən yenidən namizədliyini irəli sürüb.

Gülağa Tənha seçki marafonundan kənarlaşdıqdan sonra onun elə də güclü rəqibi qalmayıb.