Tale Bağırzadənin vəkili məhkəmə qərarından şikayət verdi

tale-bagirzadenin-vekili-mehkeme-qerarindan-sikayet-verdi
Oxunma sayı: 3759

“Müsəlman birliyi hərəkatı” adlı təşkilatın sədri Tale Bağırzadə barəsində həbs-qətimkan tədbirinin seçilməsinə dair məhkəmə qərarından apelyasiya şikayəti verib.

“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, bu barədə onun vəkili Cavad Cavadov bildirib. Apelyasiya şikayətinə dekabrın 2-də Bakı Apelyasiya Məhkəməsində baxılacaq.

Qeyd edək ki, T.Bağırzadə noyabrın 26-da Nardaran qəsəbəsində polisin keçirdiyi əməliyyat zamanı tutulub. Onun barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.