“Sülh və tərəqqi arzulayıram”

sulh-ve-tereqqi-arzulayiram
Oxunma sayı: 638

Azərbaycan Prezidenti İlham Əliyev Macarıstan Prezidenti Yanoş Aderə təbrik məktubu ünvanlayıb.

Qafqazinfo” xəbər verir ki, təbrikdə deyilir: “Macarıstanın milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Əminəm ki, Azərbaycanla Macarıstan arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı və genişlənməsi bundan sonra da xalqlarımızın rifahına töhfələr verəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Macarıstan xalqına daim sülh və tərəqqi arzulayıram”.