Şeyx kralla görüşdü

seyx-kralla-gorusdu
Oxunma sayı: 945

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Al əl-Beyt İslam Fikri Akademiyasının Əmmanda keçirilən XVII konfransında iştirakı çərçivəsində İordaniya Kralı Əlahəzrət II Abdullah ilə görüşüb.

Qafqazinfo” xəbər verir ki, görüşdə Allahşükür Paşazadə Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını İordaniya Kralına çatdırıb.

Söhbət zamanı Azərbaycan və İordaniyanın dost, qardaş ölkələr olduğu bir daha vurğulanıb, ikitərəfli əlaqələrimizin daima inkişafda olacağına əminlik ifadə edilib.

Görüşdə Al əl-Beyt İslam Fikri Akademiyasının rəhbəri, İordaniya Kralının dini və mədəni məsələlər üzrə müşaviri Əmir Qazi bin Məhəmməd və konfransa dəvət olunmuş bir qrup nümayəndə iştirak edib.