Sədr həmsədrlərlə görüşdü

sedr-hemsedrlerle-gorusdu
Oxunma sayı: 646

“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Ajubalis Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə danışıqlarda nailiyyət əldə olunması üçün Minsk qrupunun birgə sədrlərinin səylərinə dəstək verdiyini deyib. ATƏT sədri onları qarşılıqlı etimadın möhkəmləndirilməsi işində vətəndaş cəmiyyətlərinin daha çox cəlb olunmasına çağırıb: “Bu, münaqişənin həllinə və cəmiyyətlər arasında etimadın möhkəmlənməsinə öz töhfəsini verəcək”.

ATƏT-in Minsk qrupunun həmsədrləri 24 iyunda Kazanda Ermənistan, Azərbaycan və Rusiya prezidentlərinin üçtərəfli görüşü haqqında Ajubalisə məlumat veriblər. Onlar həmçinin ilin sonuna kimi münaqişənin həlli ilə bağlı danışıqları və planlaşdırılmış təşəbbüslərin perspektivlərini müzakirə ediblər.

Nərgiz Ehlamqızı