Seçkilərlə bağlı qərar veriləcək? - Namizədlər bir araya gəlir

seckilerle-bagli-qerar-verilecek
Oxunma sayı: 1229

Müsavat Partiyası 1 noyabr parlament seçkilərində iştirak edib etməməklə bağlı bu gün qərar verəcək.

“Qafqazinfo” xəbər verir ki, bu məqsədlə partiyanın növbədənkənar Divanı çağırılıb. Müsavat başqanı Arif Hacılının rəhbərliyi ilə keçiriləcək Divanda partiyanın qeydə alınmış namizədləri iştirak edəcək.

Qeyd edək ki, bu günə kimi partiyanın 23 dairədən namizədi qeydə alınıb.

Günel Türksoy