Rasizadə də Nəvaz Şəriflə görüşdü

rasizade-de-nevaz-serifle-gorusdu
Oxunma sayı: 733

Azərbaycanın Baş naziri Artur Rasizadə ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Nəvaz Şərif ilə görüşüb.

Qafqazinfo” xəbər verir ki, Artur Rasizadə Azərbaycan ilə Pakistan arasında bütün sahələrdə geniş əlaqələrin mövcud olduğunu, ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi üçün kifayət qədər mükəmməl hüquqi bazanın formalaşdığını qeyd edib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Artur Rasizadə bildirib ki, Pakistan hökuməti hər zaman Azərbaycanın haqlı mövqeyini və ərazi bütövlüyünü dəstəkləyib. O, Pakistan Senatının Xocalı qırğınını soyqırımı kimi tanımasının Azərbaycan tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb.

Nəvaz Şərif ölkəsinin Azərbaycan ilə bütün istiqamətlərdə, o cümlədən iqtisadi sahədə əməkdaşlıqda maraqlı olduğunu, bu günədək bir çox sahələri əhatə edən sənədlərin imzalandığını qeyd edib.