Ramil Usubov da polislərin dəfn mərasiminə gəldi - Fotolar+Yenilənib

ramil-usubov-da-polislerin-defn-merasimine-geldi
Oxunma sayı: 24997

Dünən Nardaranda ekstremistlərə qarşı keçirilən əməliyyatda atışma zamanı həlak olan iki polis əməkdaşı bu gün II Fəxri Xiyabanda dəfn olunur.

"Qafqazinfo"nun hadisə yerində olan əməkdaşlarının verdiyi xəbərə görə, polis əməkdaşları Nəsibov Vüqar Eyyub oğlu və Tağıyev İsmayıl Rəsul oğlunun dəfninə hazırlıq başlayıb.

Xiyabanın önündə hüquq-mühafizə orqanlarının əməkdaşları toplanıb. Dəfn mərasimində nazirlik rəhbərliyinin iştirakı gözlənilir.

Hazırda Yol Polisinin rəisi Ramiz Zeynalov, Baş prokurorun müavini Rüstəm Usubov, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov, Prezident Administrasiyasının Müdafiə məsələləri şöbəsinin müdiri Məhərrəm Əliyev, Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin rəisi Yaşar Əliyev iştirak edir.

***

Daxili işlər naziri Ramil Usubov, Baş prokuror Zakir Qaralov və milli təhlükəsizlik nazirinin birinci müavini Mədət Quliyev də dəfn mərasiminə qatılıb.

***

Əməkdaşımızın sözlərinə görə, dəfn mərasiminə təkcə rəsmilər və polislərin yaxınları deyil, hadisəni eşidən adi insanlar da qatılıb.

***

Polislərin cənazələri II Fəxri Xiyabana gətirilib.

***

Polis əməkdaşları Nəsibov Vüqar və Tağıyev İsmayıl torpağa tapşırılıb. 

***

Nardaranda öldürülən polis Vüqar Nəsibovun atası Eyyub Nəsibov “Qafqazinfo”ya qısa açıqlama verib:"Nə deyə bilərəm ki, Allah rəhmət eləsin. Dövlətimiz sağ olsun".

***

1973-cü il təvəllüdlü İsmayıl Tağıyevin böyük qardaşı Qənimət Nəzərov “Qafqazinfo”ya açıqlamasıdna bildirib ki, ataları da polis olub: "Balamızı itirmişik. Vətənimiz və millətimiz sağ olsun. Üç övladı var idi. Atası Rəsul Tağıyev də polis idi. O da 10 il əvvəl vəfat edib. İsmayıl millətə layiq övlad idi, millətin uğrunda da öldü".

Murad Əhməd

Fotolar: Nuran Məmmədov