Qənirə Paşayevə Makedoniyada partiya sədri və nazirlə görüşdü

qenire-pasayeve-makedoniyada-partiya-sedri-ve-nazirle-gorusdu-
Oxunma sayı: 648

Millət vəkili partiyanın qərargahında həmçinin Makedoniyanın türk mənşəli dövlət naziri Hadi Nezirlə də görüşüb. Görüş zamanı millət vəkili Qənirə Paşayeva onlara Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin, Avropa Şurası Parlament Assambleyasının 1416 saylı qətnaməsinin, İslam Konfransı Təşkilatı və digər beynəlxalq təşkilatların Ermənistandan işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməsini tələb edən qətnamələrinə rəsmi İrəvanın məhəl qoymaması barədə məlumatlar verib. Qənirə Paşayeva Ermənistanın bu gün də işğal etdiyi Azərbaycan torpaqlarında qurduqları hərbi mövqelərindən atəşkəs rejimini pozaraq sivil insanları, qadınları, uşaqları snayperlərlə hədəfə alaraq qətlə yetirməsi kimi vandalizm aktlarını da onların diqqətinə çatdırıb. Millət vəkili Kenan Hasip və dövlət naziri Hadi Nezir böyük məmnuniyyətlə Azərbaycana səfər etmək istədiklərini, həm ölkələri, həm də Azərbaycan türkləri ilə Makedoniya türkləri arasında əlaqələrin və əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıblar. Eyni zamanda Azərbaycan həqiqətlərinin yayılması istiqamətində öz səylərini bundan sonra daha da artıracaqlarını qeyd ediblər.

Səidə Teyyubqızı