Qənirə Paşayeva parlamentin sədri ilə görüşüb - Foto

qenire-pasayeva-parlamentin-sedri-ile-gorusub-foto
Oxunma sayı: 753

“Qafqazinfo”nun məlumatına görə, fikir mübadiləsindən sonra millət vəkili İsrail parlamentinin sədrinə Azərbaycan həqiqətləri, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarını, soyqırımları, minlərlə azərbaycanlını əsir və girov götürərək onlara qarşı amansız işgəncələr həyata keçirməsini, azərbaycanlılara məxsus tarixi-mədəni, dini abidələr, qəbiristanlıqları məhv etməsini, 1 milyon azərbaycanlını 15 ildən artıqdır ki, öz yurd-yuvasına dönməsinə imkan verməməsini özündə əks etdirən materialları təqdim edib. Millət vəkili həmçinin knessetin kitabxanasına da Azərbaycan tarixi, həqiqətləri və mədəniyyətini özündə əks etdirən kitablar, materiallar təqdim edib.

Paşayeva beynəlxalq konfrans çərçivəsində İsrailin xarici işlər nazirinin müavini Dani Ayalon, MASHAV – İsraiiln Beynəxalq Əməkdaşlığın İnkişafı Agentliyinin rəhbəri, İsrail Xairic İşlər Naizrliyi Baş direktorunun müavini Haim Divon və qurumun baş direktoru ilə də görüşüb. Bundan başqa, millət vəkili beynəlxalq konfrans çərçivəsində İsrailin Gənclər, Tələbələr və Qadınlarla iş üzrə nazir müavini Gial Qamliel, baş nazirin ofisində qadın məsələləri ilə bağlı bölmənin direktoru Vered Suef ilə də görüşüb və qarşılıqlı fikir mübadiləsi aparılıb. Millət vəkili İsraildə keçirdiyi bütün görüşlər zamanı 20-ci əsrin əvvəllərində erməni terror təşkilatlarının, erməni silahlı dəstələrinin Azərbaycan torpaqlarında dinc azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırım zamanı çoxlu sayda yəhudini də qətlə yetirdiyini və onların da erməni soyqırımının qurbanı olduqlarını diqqətə çatdırıb və bununla bağlı materialları təqdim edib.

Nərgiz Ehlamqızı