Qənirə Paşayev vali ilə görüşdü - Foto

qenire-pasayev-vali-ile-gorusdu
Oxunma sayı: 2546

Millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva Kahramanmaraşa səfəri zamanı Kahramanmaraş valisi Mustafa Hakan Güvencerlə görüşüb.

“Qafqazinfo”nun məlumatına görə, millət vəkili vali ilə söhbət zamanı Dağlıq Qarabağ problemindən geniş danışıb.:

“Ermənistan hələ də işğal etdiyi Azərbaycan torpaqlarından çəkilmir və 1 milyondan çox soydaşımız öz evlərinə dönə bilmirlər. Xocalı soyqırımını törədənlər hələ də ədalət qarşısında cavab verməyiblər. Ancaq mən inanıram ki, biz Azərbaycan və Türkiyə olaraq əl-ələ verib o gözəl torpaqlarımızı işğaldan azad edəcəyik və Xocalı soyqırımı törədənlərin ədalət qarşısında cavab verməsinə nail ola biləcəyik”.

Qənirə Paşayeva Kahramanmaraş valisi Mustafa Hakan Güvencerə həmmüəllifi olduğu “Karabağ hikayeleri” kitabını hədiyyə edib və qondarma erməni soyqırımı yalanlarının qarşısının alınması, Qarabağ həqiqətlərinin, Xocalı Soyqırımı gerçəklərinin dünyaya daha geniş şəkildə tanıdılmasında gənclərimizin üzərinə böyük bir missiya düşdüyünü deyib.