“Qarabağla bağlı ən vacib məsələ...” - Lavrov

qarabagla-bagli-en-vacib-mesele-
Oxunma sayı: 7442

Dağlıq Qarabağda atəşkəsə riayət olunması üçün effektiv mexanizmlər tətbiq olunmalıdır”.

Qafqazinfo”nun Rusiya mətbuatına istinadən məlumatına görə, bu barədə Xarici işlər naziri Sergey Lavrov bildirib.

“Əlbəttə, hazırda ən vacib məsələ yeni itkilərin olmamasıdır. Bunun üçün isə səmərəli tədbirlər görmək lazımdır”, - deyə Lavrov söyləyib.

Rusiya XİN rəhbərinin sözlərinə görə, bu cür tədbirlərə AzərbaycanErmənistan prezidentləri təxminən 5 il öncə Dmitriy Medvedevlə görüşdə imza atıblar.

“Onlar insidentlərin araşdırıllması və etimadın möhkəmləndirilməsi üçün belə bir mexanizmin yaradılmasına razılaşdılar. ATƏT-ə bu məsələ ilə məşğul olmaq tapşırıldı və ATƏT-in həmsədrləri müxtəlif variantlardan ibarət təklif hazırladılar. Lakin bu proses təəssüf ki, 2012-ci ildə daha davam etmədi. İndi biz istəyirik ki, tərəflər bu məsələyə yenidən qayıtsınlar.  ATƏT-dəki Almaniya sədrliyi fəallıq göstərmək istəyir və biz bunu təşviq edirik”- deyə Lavrov vurğulayıb.