Putin xəstəxanada olan Kərimovu təbrik etdi

putin-xestexanada-olan-kerimovu-tebrik-etdi
Oxunma sayı: 3284

Rusiya prezidenti Vladimir Putin özbək həmkarı İslam Kərimovu Müstəqillik Günü münasibətilə təbrik edib.

Qafqazinfo”nun “Lenta.ru”ya istinadən verdiyi məlumata görə, Putin təbrik məktubunda bildirib ki, Özbəkistan 25 il ərzində sosial-iqtisadi, elmi-texniki və humanitar sahələrdə mühüm addımlar atıb.

Rusiyalı lider Moskva ilə Daşkənd arasında münasibətlərin müsbət istiqamətdə inkişaf edəcəyini də əminliklə vurğulayıb: “Hörmətli İslam Kərimov, sizə ürəkdən can sağlığı, firavanlıq və uğurlar arzulayıram”.

Xatırladaq ki, 78 yaşlı Özbəkistan prezidenti avqustun 27-də xəstəxanaya yerləşdirib. Qızı Lola Kərimova atasının beyin qanaması keçirdiyini bildirmişdi. İslam Kərimovun ölüm xəbəri belə yayılmışdı, lakin prezident aparatındakı mənbə “Ria Novosti”yə açıqlamasında xəbəri təkzib etmişdi.