Putin Trampdan nələr gözləyir? - Açıqlama

putin-trampdan-neler-gozleyir
Oxunma sayı: 1456

“Mən cənab Trampla şəxsən tanış deyiləm və onun xarici siyasət sahəsində hansı addımları atacağını bilmirəm”.

Qafqazinfo”nun “Gazeta.ru”ya istinadən verdiyi məlumata görə, bu barədə Rusiya prezidenti Vladimir Putin bildirib.

“İnaqurasiya mərasimindən sonra Donald Trampdan nə gözləməli olduğumu da bilmirəm. Lakin Rusiya ilə ABŞ arasında əlaqələrin bərpa olunacağına ümid edirəm”, - deyə V. Putin vurğulayıb.

Qeyd edək ki, Respublikaçılar partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp 2016-cı il noyabrın 8-də keçirilən seçkilərdə qalib gəlib. Yanvarın 20-də baş tutacaq inaqurasiya mərasimindən sonra o, öz işinin icrasına başlayacaq.