Putin razılıq verdi - Polis missiyası yaradılır

putin-raziliq-verdi
Oxunma sayı: 2071

Rusiya prezidenti Vladimir Putin Donbasda ATƏT-in polis missiyasının yaradılmasına razılıq verib.

Qafqazinfo”nun “İnterfaks”a istinadən verdiyi məlumata görə, bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, V.Putin Berlində “normand dördlüyü”nün görüşündə çıxışı zamanı söyləyib ki, ATƏT-in bütün təklif etdiyi prinsiplərə sadiqdir.

Qeyd edək ki, oktyabrın 20-də Berlində “normand dördlüyü”nün - Rusiya, Fransa, Ukrayna və Almaniya liderlərinin Ukraynaya dair danışıqları olub.