Rusiya prezidenti Vladimir Putin BMT-nin Baş Assambleyasının sentyabrın 13-də Nyu- Yorkda keçiriləcək 71-ci sessiyasında iştirak etməyəcək.
“Qafqazinfo”nun “Lenta.ru”ya istinadən verdiyi məlumata görə, bu barədə prezidentin mətbuat katibi Dmitri Peskov bildirib.
Qeyd edək ki, iclasda Rusiya nümayəndə heyətinə Xarici işlər naziri Sergey Lavrov rəhbərlik edəcək.
Xatırladaq ki, V. Putin Rusiya nümayəndə heyətinə ötən il başçılıq edib. O, 2015-ci il sentyabrın 28-də BMT-nin tribunasından çıxış edib.
Rusiya dövlət başçısı həmçinin 2000, 2003 və 2005-ci illərdə Baş Assambleyanın iclasında nitq söyləyib.