Prezidentin köməkçisi Türkiyədə görüşlər keçirib - Foto

prezidentin-komekcisi-turkiyede-gorusler-kecirib
Oxunma sayı: 1275

Azərbaycan prezidenti İlham Əliyevin tapşırığı ilə Türkiyədə səfərdə olan prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bir sıra görüşlər keçirib.

QafqazinfoAzərtac-a istinadən xəbər verir ki, Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın, Baş nazirin müavinləri Toğrul Türkeş və Numan Kurtulmuş ilə görüşlərdə Azərbaycan-Türkiyə strateji münasibətlərindəki inkişafın əhəmiyyəti, mətbuat və informasiya sahəsində əlaqələrin perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barədə müzakirələr aparılıb.

Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov görüşlərdə iştirak edib.