Prezidentdən başsağlığı məktubu

prezidentden-bassagligi-mektubu
Oxunma sayı: 1151

Azərbaycan Prezidenti İlham Əliyev Qətər Dövlətinin Əmiri şeyx Təmim bin Həməd Al Taniyə məktub ünvanlayıb.

Qafqazinfo” xəbər verir ki, məktubda deyilir:

“Əlahəzrət,

Qətər Dövlətinin keçmiş Əmiri, babanız şeyx Xəlifə bin Həməd Al Taninin vəfatı xəbəri məni son dərəcə kədərləndirdi.

Bu ağır itki ilə əlaqədar Sizə, ailənizin üzvlərinə, bütün Qətər xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!”