Prezident Trampdan - İlk tvit

prezident-trampdan
Oxunma sayı: 3864

Donald Tramp yeni prezident tvitter hesabında ilk yazısını paylaşıb.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Tramp “#inauqurasi günü” yazaraq öz nitqinin tam mətni dərc edilən feysbuk hesabına keçid verib.

Bundan əvvəl @POTUS hesabını Barak Obama idarə edirdi. Rəsmi prezident hesabı andiçmə mərasimindən sonra Donald Trampa keçib.

Həmçinin hesabın avatar, fon və üz görüntüsü dəyişdirilib. Daha əvvəl Obamanın paylaşdığı bütün tvitlər isə silinib.