Prezident səfirləri geri çağırdı

prezident-sefirleri-geri-cagirdi
Oxunma sayı: 5754

Azərbaycan Prezidenti İlham Əliyev Elxan Poluxovu səfir vəzifəsindən geri çağırıb.

Qafqazinfo” xəbər verir ki, bununla bağlı imzalanan sərəncamda deyilir:

“Elxan Polux oğlu Poluxov Azərbaycan Respublikasının Cənubi Afrika Respublikasında və eyni zamanda Anqola Respublikasında, Zimbabve Respublikasında, Mozambik Respublikasında, Svazilend Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılsın”.

Qeyd edək ki, Elxan Poluxov 2011-ci ildən səfir təyin edilmişdi. O, səfir vəzifəsindən əvvəl Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi kimi işləyib.

***

Dövlət başçısının digər sərəncamı ilə Lətif Qəndilov Azərbaycanın Çin Xalq Respublikasında və eyni zamanda Monqolustanda, Koreya Xalq Demokratik Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.