Prezident Qətərdə - Fotolar

prezident-qeterde
Oxunma sayı: 4109

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 26-da Qətər Dövlətinə rəsmi səfərə gəlib.

Qafqazinfo” xəbər verir ki, Azərbaycanın və Qətərin dövlət bayraqlarının dalğalandığı Doha şəhərindəki “Hamad” beynəlxalq aeroportunda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidentini Qətərin iqtisadiyyat və ticarət naziri Şeyx Əhməd bin Casim bin Mohammad Al Tani və digər yüksək vəzifəli dövlət və hökumət rəsmiləri qarşılayıb.