Prezident qəhrəman polisləri təltif etdi - Sərəncam

prezident-qehreman-polisleri-teltif-etdi
Oxunma sayı: 12170

Prezident İlham Əliyev Nardaranda ekstremistlərə qarşı keçirilən əməliyyatda atışma zamanı həlak olan iki polis əməkdaşını medalla təltif edib.

Bu barədə “Qafqazinfo” DİN Mətbuat Xidmətinin rəhbəri Ehsan Zahidov məlumat verib.

Qeyd edək ki, ötən gün baş verən qarşıdurmada polis əməkdaşları Nəsibov Vüqar Eyyub oğlu və Tağıyev İsmayıl Rəsul oğlu həlak olub.

***

Artıq prezidentin sərəncamı AzərTac-da yayımlanıb. Sərəncamda qeyd olunur ki, 2015-ci il noyabrın 26-da Bakı şəhərinin Nardaran qəsəbəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən keçirilmiş xüsusi əməliyyat nəticəsində təxribatlar, kütləvi iğtişaşlar və terror aktları törətməklə Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsini planlaşdıran və din pərdəsi altında fəaliyyət göstərən silahlı cinayətkar dəstə zərərsizləşdirilmişdir. Xüsusi əməliyyat zamanı iki polis əməkdaşı qəhrəmancasına həlak olub.

Azərbaycan Respublikasında ictimai-siyasi sabitliyin qorunmasında xüsusi xidmətlərinə və göstərdikləri cəsarətə görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin aşağıdakı əməkdaşları “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilsinlər:

polis serjantı Vüqar Əyyub oğlu Nəsibova (ölümündən sonra)

polis serjantı İsmayıl Rəsul oğlu Tağıyevə (ölümündən sonra).