Prezident “Qatar Petroleum”un icraçı direktoru ilə görüşdü - Fotolar

prezident-qatar-petroleumun-icraci-direktoru-ile-gorusdu
Oxunma sayı: 1364

Qətər Dövlətində rəsmi səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev fevralın 26-da Dohada “Qatar Petroleum”un prezidenti və icraçı direktoru Saad Şerida al-Kaabi ilə görüşüb.

Qafqazinfo”nun məlumatına görə, görüşdə Azərbaycan ilə “Qatar Petroleum” arasında əməkdaşlıq imkanları müzakirə edilib, bir sıra layihələrdə birgə iştirakın mümkünlüyü vurğulanıb.

“Qatar Petroleum”un gələcəkdə Xəzər dənizində və ya SOCAR-ın digər ölkələrdə həyata keçirdiyi layihələrdə Azərbaycan ilə birgə iştirakı məsələləri ətrafında fikir mübadiləsi aparılıb.