Prezident Qaolini qəbul etdi - Foto

prezident-qaolini-qebul-etdi
Oxunma sayı: 1202

Azərbaycan Prezidenti İlham Əliyev mayın 31-də Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun daimi üzvü, Çin Xalq Respublikası Dövlət Şurası Sədrinin birinci müavini Can Qaolinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Qafqazinfo” xəbər verir ki, qonaqları Azərbaycanda salamlayan İlham Əliyev bu səfərin ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin daha da inkişafına xidmət edəcəyinə əminliyini ifadə edbi. "Biz Çin Xalq Respublikası ilə münasibətlərin inkişafına böyük önəm veririk", - deyən dövlət başçısı ötən ilin sonunda Çin Xalq Respublikasına dövlət səfərini xatırlayıb. Prezident İlham Əliyev səfər çərçivəsində aparılan danışıqların, imzalanan sənədlərin gələcək əməkdaşlıq baxımından əhəmiyyətini vurğulayıb.

Can Qaoli Bakıya səfər etməzdən öncə Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüşdüyünü bildirib, onun ehtiramını və salamlarını İlham Əliyevə çatdırıb

Prezident İlham Əliyev qısa müddət ərzində Çindən yüksək səviyyəli nümayəndə heyətlərinin Azərbaycana həyata keçirdikləri səfərləri münasibətlərimizin yaxşı nümunəsi kimi qiymətləndirib, Çin ilə əlaqələrin inkişafının Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən olduğunu diqqətə çatdırıb.