Prezident onları geri çağırdı

prezident-onlari-geri-cagirdi
Oxunma sayı: 9188

Prezident Rusiyanın Yekaterinburq və Sankt-Peterburq şəhərlərində Azərbaycan Respublikasının baş konsulu olan Sultan Qasımov və Elşad Qulamovla bağlı sərəncam verib.

"Qafqazinfo" xəbər verir ki, sərəncamda qeyd olunur:

Sultan Məhəmməd oğlu Qasımov Rusiya Federasiyasının Yekaterinburq şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılsın.

Elşad İlyas oğlu Qulamov Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılsın.