Prezident icra başçılarının səlahiyyətini azaltdı

prezident-icra-bascilarinin-selahiyyetini-azaltdi
Oxunma sayı: 12693

Prezident İlham Əliyev “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli fərmanında dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.

Qafqazinfo” xəbər verir ki, bununla yerli (rayon, şəhər) icra hakimiyyəti başçılarının iki səlahiyyəti ləğv edilib.

Fərmana əsasən, yerli icra hakimiyyəti başçılarının mədəni-maarif idarələrinin işini təşkil etmək və Mədəniyyət və Turizm Nazirliyi ilə razılaşdıraraq nazirliyin yerli bölmələrinin rəhbərlərini təyin etmək səlahiyyətləri ləğv olunub.