Prezident əfv imzaladı - 22 ilin ən böyük sərəncamı

prezident-efv-imzaladi
Oxunma sayı: 14180

Azərbaycanda növbəti əfv verilib.

Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev bu gün bu barədə sərəncam imzalayıb.

***

Millət vəkili, Əfv Məsələləri üzrə Komissiyanın üzvü Elmira Axundova “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bu əfv sərəncamı 1995-ci ildən bu yana imzalanmış ən geniş tərkibli sənəddir. Belə ki, bu sərəncam 400-dən yuxarı şəxsə şamil oluna bilər:

"Qeyd edim ki, son 1 il ərzində Əfv Komissiyası toplaşmamışdı, buna səbəb isə Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın ötən ilin 28 Mayında amnistiya aktı layihəsini təqdim etməyidir. İşlər onun icrasına yönəlmişdi. Biz qərara gəldik ki, il ərzində yığılmış ərizələrə baxaq. Beləliklə, komissiyanın 8 iclası keçirildi və tövsiyə xarakterli qərar layihəsi hazırlanaraq prezidentə təqdim edildi". 

***

Hüquq müdafiəçisi Səadət Bənənyarlı "Qafqazinfo"ya əfvlə bağlı açıqlama verib:

"Bizim siyahıdan bir neçə nəfərin adı əfvə salınıb. Onlardan biri Elvin Abdullayevdir. Siyahıda İlkin Rüstəmzadə, Əli İnsanov və İlqar Məmmədovun adı yoxdur". 

Əliməmməd Nuriyev isə “Qafqazinfo”ya açıqlamasında qeyd edib ki, siyahıda Nazim Ağabəyov ( Emin Millinin qohumu),  İsmayıllı hadisələri ilə bağlı həbs edilən şəxslər və Qənimət Zahidin qohumları (Rüfət və Rövşən Zahidovlar) və NİDA-çılardan Əbdül Əbilovun adı var.

Günel Türksoy