Prezident bu sazişləri təsdiqlədi

prezident-bu-sazisleri-tesdiqledi
Oxunma sayı: 1292

Prezident İlham Əliyev Əmlak Məsələləri Dövlət Komitəsi ilə Belarus Dövlət Əmlak Komitəsi arasında əməkdaşlığa dair sazişin təsdiq edilməsi haqqında fərman imzalayıb.

"Qafqazinfo" xəbər verir ki, dövlət başçısının digər fərmanı ilə Azərbaycan Xarici İşlər Nazirliyi ilə Venesuela Bolivar Respublikasının Xarici İşlər üzrə Xalq Hakimiyyəti Nazirliyi arasında siyasi məsləhətləşmələr mexanizminin yaradılması haqqında Anlaşma Memorandumunun təsdiq edilib.

Prezident İlham Əliyev Azərbaycan Dövlət Gömrük Komitəsi ilə Belarusun Dövlət Gömrük Komitəsi arasında malların hava nəqliyyatı ilə daşınmasına dair gömrük hüquqpozmaları ilə mübarizə sahəsində qarşılıqlı fəaliyyət haqqında Protokolun təsdiq edilməsi barədə fərman da imzalayıb.