Poroşenko və Bayden arasında telefon danışığı olub

porosenko-ve-bayden-arasinda-telefon-danisigi-olub
Oxunma sayı: 631

Ukrayna prezidenti Petro Poroşenko və ABŞ vitse-prezidenti Co Bayden arasında telefon danışığı olub.

Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Poroşenkonun rəsmi saytı məlumat yayıb. Danışıq zamanı Berlində keçirilən “Normand dördlüyü” görüşü barədə müzakirə aparılıb.

“Prezident Petro Poroşenko ABŞ-ın vitse-prezidenti Co Baydenə Berlində keçirilən görüş barədə məlumat verib”,-deyə məlumatda bildirilib.

Bundan başqa Poroşenko “Rusiyaya qarşı sanksiyaları qüvvədə saxlamaq üçün transatlantik siyasi birliyin möhkəmləndirməyə” çağırıb. Həmçinin tərəflər Ukraynada islahatların gedişini və ABŞ-ın onlara dəstəyini müzakirə ediblər.