Pənah Hüseynin qızı deputatlığa namizəd oldu - Yenilənib

penah-huseynin-qizi-deputatliga-namized-oldu
Oxunma sayı: 5128

Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseynin qızı Günay Hüseyn 29 saylı Səbail seçki dairəsindən deputatlığa namizədliyini irəli sürüb.

"Qafqazinfo" xəbər verir ki, bu barədə report-a həmin seçki dairəsindən məlumat verilib.

Qeyd edək ki, Pənah Hüseyn özü namizədliyini 63 saylı Sabirabad birinci seçki dairəsindən irəli sürüb. Onun namizədliyi qeydə alınıb.

***

Məsələ ilə bağlı musavat.com-a açıqlama verən Pənah Hüseyn yayılan xəbəri təkzib edib:

“Günay Hüseynin “Azadlıq 2015” Bloku tərəfindən namizədliyi irəli sürülmüşdü. Amma o, parlament seçkilərində iştirak etməkdən imtina etdi. Qızım hazırda seçkilərdə iştirak etmir”.