“Orta məktəb binasında ilanlar mələşir”

orta-mekteb-binasinda-ilanlar-melesir
Oxunma sayı: 1810

Millət vəkili Qənirə Paşayeva büdcənin icrası ilə bağlı müzakirələr zamanı çıxışında tütünlə bağlı qəbul edilən qanun layihələrində olan boşluqlardan şikayətlənib.

Qafqazinfo” xəbər verir ki, o qeyd edib ki, 18 yaşına qədər uşaqlara qanunla tütün məmulatları satmaq qadağan olunub: “Amma onlara bu gün tütün satılır. Hesab edirəm ki, qanunlardakı boşluqlara aradan qaldırılmalı, həm də hər birimiz bu məsələyə qarşı mübarizədə fəal olmalıyıq”.

Millət vəkili çıxışında turizmin inkişafına da toxunub: “Neftin qiymətinin düşdüyü bir dövrdə biz bu sahənin inkişafına, turistlərin ölkəmizə daha çox cəlb edilməsinə çalışmalıyıq. Qardaş Türkiyədən gələn turistlərinə hava limanındaca viza veririk. Quru yolla isə gələnlər isə viza problemi qarşılaşırlar. Turistlər Gürcüstana kimi gəlirlər, Azərbaycan sərhədinə çatanda isə viza istənilir. Bu turizmin inkişafına mane olur”.

Q. Paşayeva eyni zamanda Almaniya Bundestaqında erməni soyqırımının tanınması ilə bağlı gedən müzakirələrdən də danışıb. O təklif edib ki, parlamentin Azərbaycan Almaniya dostluq qrupunun üzvləri Bundestaqın üzvlərinə bununla bağlı müraciət etməlidirlər: “Almaniya Minsk konfransının üzvlərindədəndir. Əgər belə bir qondarma qətnamə qəbul edilərsə, bu Almaniyanın Qarabağ məsələsində şəffaflığına, obyektivliyinə kölgə salmış ola bilər”.

Millət vəkili Tahir Kərimli öz növbəsində deputat seçildiyi Ağsuda orta məktəblərin vəziyyətindən şikayətlənib. Qeyd edib ki, kəndlərdə elə məktəblər var ki bu günə qədər də təmir olunmayıb: “Tam bərbad vəziyyətdədirlər. Bu illər ərzində cəmi bir dənə təzə məktəb tikilib. Hətta Ağsunun Abasxanlı kəndində orta məktəb binasında ilanlar var. Əvvəl tövlə olan yer, indi məktəbdir”.

Günel Türksoy