Orduya yüzlərlə “zərbə” veriləcək - İki nazir anlaşdı

orduya-yuzlerle-zerbe-verilecek
Oxunma sayı: 4142

Bu gün Bakı Ekspo Mərkəzində "ADEX 2016" İkinci Azərbaycan beynəlxalq müdafiə sərgisi çərçivəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Müdafiə Sənayesi naziri Yavər Camalov arasında Silahlı Qüvvələrin yerli istehsal olan pilotsuz uçan aparatlar ilə təmin edilməsi barədə anlaşma memorandumu imzalanıb.

Sənədə əsasən, Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan yüzlərlə yeni növ kamikadze tipli "Zərbə" və kəşfiyyat-müşahidə xarakterli pilotsuz uçan aparatlar yaxın vaxtlarda Silahlı Qüvvələrin istismarına veriləcək.