“Onları müsəlman və qeyri-müsəlmana bölürlər” - Şeyx

onlari-muselman-ve-qeyri-muselmana-bolurler-
Oxunma sayı: 1184

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Rus Pravoslav Kilsəsinin iyerarxı, mitropolit İlarion Volokalamskinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

QafqazinfoAzərtac-a istinadən xəbər verir ki, Allahşükür Paşazadə açılışda prezidentin nitqinin ümidverici olduğunu vurğulayıb:

“Bizi narahat edən budur ki, Avropada miqrantlara qarşı ayrı-seçkilik edirlər, onları müsəlmanlara və qeyri-müsəlmanlara bölürlər. Ona görə də hesab edirik ki, sivilizasiyalar və dinlər arasında dialoq dünyada baş verən proseslərə müsbət təsir göstərəcək. Siz dəfələrlə Azərbaycana səfərdə olmusunuz və görmüsünüz ki, Azərbaycanın seçdiyi yol tolerantlıq və multikulturalizm yoludur. Ölkəmizin rəhbərliyi bütün dinlər üçün bərabər şəraiti təmin edir”.

Şeyxülislam qeyd edib ki, Patriarx Kiril Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində həmişə ədalətli mövqe tutub: “Bu ilin aprel ayında baş vermiş məlum hadisələrdən dərhal sonra Azərbaycan və Ermənistan dini liderlərinin görüşünü təşkil etmək üçün Patriarx Kirilin cəhdlərinin Eçmiədzində dəstək ala bilmədiyinə həqiqətən üzüldüm”.