“Onlar insanları soymaqla məşğuldur” - Kamilə Əliyeva

onlar-insanlari-soymaqla-mesguldur-
Oxunma sayı: 3304

“Psixoloji mərkəz adı altında yerlər açılıb ki, onlar insanları soymaqla məşğuldur”.

Qafqazinfo” xəbər verir ki, bunu millət vəkili Kamilə Əliyeva “Psixoloji yardım haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Millət vəkili bildirib ki, həmin yerlərdə işləyənlərin çoxu müəyyən sertifikat almaqla insanların, xüsusilə də uşaqların gələcək taleyi ilə məşğul olurlar: “Bu da qanunazidd hərəkətlərdir. Bu əgər psixoloji mərkəzdirsə, psixoloji yardım göstərməlidir. Həmin yer müalicə məsələlərinə aid olmalı deyil. Bəziləri autizm, daun sindromu və s. bu kimi irsi xəstəlikləri müalicə olunur sözü altında fəaliyyət göstərir. Buna görə əlbəttdəki onların rəhbərləri məsuliyyət daşımalıdır. Bunlar soyğunuçuluqla məşğuldur. Bununla bağlı valideynlər bizə şikayət edirlər”.

Daha sonra millət vəkili müəllimlərin işə qəbul zamanı psixoloji testdən keçirilməsini təklif edib: “Müəllimlərin özləri də psixoloji testlərdən keçməlidir. Mətbuatda rast gəlirik ki, şagird ilə müəllim arasında xoşagəlməz hallar olur. Bir neçə dəfə olub ki, şagirdlər döyülüb. Bu baxımdan müəllimlərin işə qəbul zamanı psixoloji testdən keçirilməsi yaxşı olardı”.

Günel Türksoy