Obama Ərdoğanla görüşündə nələri müzakirə edəcək?

obama-erdoganla-gorusunde-neleri-muzakire-edecek
Oxunma sayı: 1037

ABŞ prezidenti Barak Obama türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Qafqazinfo”nun “Tass.ru”ya istinadən verdiyi məlumata görə, görüş sentyabrın 4-də Pekində baş tutacaq. Bu barədə Obamanın köməkçisi Ben Rod Ağ Evdə brifinqdə çıxışı zamanı bildirib.

Ben Rodun sözlərinə görə, prezidentlər görüşdə iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhd prosesini, Suriya və İraqdakı İŞİD terror təşkilatı ilə mübarizə yollarını, Suriyadakı vəziyyəti və miqrant krizisini müzakirə edəcəklər.

Qeyd edək ki, B. Obama və R. T. Ərdoğan Çində “G 20” sammitində iştirak edəcək.