Nuridə Allahyarovaya yeni vəzifə verildi

nuride-allahyarovaya-yeni-vezife-verildi
Oxunma sayı: 9412

Nuridə Allahyarova Azərbaycan Universitetinin rektoruna müşavir təyin olunub.

Qafqazinfo”ya açıqlama verən Nuridə Allahyarova bildirib ki, bununla bağlı dünəndən rəsmi əmr verilib:

“İctimaiyyətlə əlaqələr şöbəsinə nəzarət edəcəyəm, həm də tələbələrlə işləyəcəyəm. Bundan başqa, müxtəlif layihələrin PR-ının təşkili ilə məşğul olacağam”.

Bir müddət əvvəl Bakı Nəqliyyat Agentliyindəki vəzifəsindən ayrılan jurnalist hər hansı bir təyinatın olmadığını, təklifləri dəyərləndirəcəyini bildirmişdi. O, Azərbaycan Universitetində yeni vəzifəsinin icrasına artıq başlayıb.

Qeyd edək ki, N.Allahyarova indiyə kimi Binəqədi rayon İcra Hakimiyyətində, “Bakubus” MMC-də, daha sonra isə Bakı Nəqliyyat Agentliyində çalışıb.