Niderlandın alt palatası o sazişin ratifikasiyasını təsdiqlədi

niderlandin-alt-palatasi-o-sazisin-ratifikasiyasini-tesdiqledi
Oxunma sayı: 680

Niderland parlamentinin alt palatasında keçirilən iclas zamanı Ukrayna ilə Assosiasiya haqqında sazişin ratifikasiyası rəsmən təsdiqlənib.

Qafqazinfo”nun “İnterfaks”a istinadən verdiyi xəbərə görə, ratifikasiyanın lehinə palatanın 150 deputatından 89-u səs verib, 55-isə əleyhinə olub.

Qeyd olunur ki, bu səsvermə ratifikasiya üçün yekun addımı hesab olunmur. Prosedurun yekunlaşması üçün yuxarı palatada (Senat) da səsvermə keçirilməlidir. Bundan sonra isə sənəd imzalanması üçün Niderland kralına təqdim olunacaq və Brüsselə göndəriləcək.