Nəsiman Yaqubludan prezidentə müraciət

nesiman-yaqubludan-prezidente-muraciet-
Oxunma sayı: 1807

Tarixçi-alim Nəsiman Yaqublu parlament seçkilərində namizədliyinin əsassız olaraq qeydə alınmamasını bildirərək ölkə başçısına müraciət edib.

Müraciətin mətnini “Qafqazinfo”ya göndərən N.Yaqublu bildirib ki, builki parlament seçkilərində iştirak məqsədi ilə namizədliyini Zəngilan-Qubadlı bölgəsindən -125 saylı Seçki Dairəsindən irəli sürüb. Tarixçi-alimin sözlərinə görə, müvafiq sayda imzaları toplayıb dairəyə verdikdən sonra ona səs verən insanlara qarşı təzyiqlər başlayıb və imzalarından imtina etdiriblər:

“Oktyabrın ayının 6-da isə müxtəlif və əsassız bəhanələrlə namizədliyimi qeydə almadılar. İnanıram ki, siz bu problemin həllinə diqqətli olacaqsınız. Bu həm də tarixdə qalacaq və həmişə yazdığım kitablarda, eləcə də Sizin Prezidentlik dövrünüzdən gələcək illərdə yazıb araşdıracaq tədqiqatçıların əsərlərində yer alacaq bir müraciətdir”.