Nərimanov gəncləri də terror qurbanlarını yad etdilər

nerimanov-gencleri-de-terror-qurbanlarini-yad-etdiler
Oxunma sayı: 1279

Nərimanov rayon gəncləri Türkiyədə baş verən terror hadisəsi qurbanlarının xatirəsini yad ediblər.

"Qafqazinfo"ya daxil olan məlumata görə, İstanbulun Atatürk hava limanında baş verən hadisəyə öz etirazlarını bildirmək üçün Nərimanov rayon gəncləri Türkiyənin ölkəmizdəki səfirliyinin qarşısında toplaşaraq terror qurbanlarının xatirəsini yad edib, səfirliyin qarşısına gül dəstələri düzüblər.

Gənclər Hava Limanında törədilmiş terror aktını kəskin şəkildə pisləyən bəyanatla çıxış edərək hadisədən kədərləndiklərini bildirib, terrorla mübarizədə Azərbaycanın hər zaman qardaş Türkiyənin yanında olduğunu qeyd ediblər.